adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Mart 2019 19:27
20876
MƏDƏNİYYƏT
A- A+

Vaqif Mustafayev beynəlxalq festivalın jüri sədri olacaq

Xalq artisti, kinorejissor Vaqif Mustafayev "Birlikdə qələbə qazandıq” XV Sevastopol Beynəlxalq Film Festivalında jüri sədri kimi dəvət olunub.

Mayın 12-də başlayacaq festivalın jüri heyətinə dünyanın müxtəlif ölkələrindən tanınmış kino xadimləri qatılacaq.

Qeyd edək ki, ötən il də sözügedən festivala dəvət alan V.Mustafayev işlərin çoxluğunu nəzərə alaraq bu təklifi qəbul edə bilməmişdi.

Buna baxmayaraq, festivalın təşkilatçıları yenidən təkidlə tanınmışkinorejissorufestivala dəvət edib. /azertag.az/