adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Mart 2019 18:46
13628
ELM VƏ TƏHSİL
A- A+

Birinci sinfə qəbulla bağlı suallara cavab veriləcək

Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, "Təhsil” televiziyasının "Həftənin sualı” verilişinin martın 7-si saat 11.00-da nazirliyin saytı və "Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq buraxılışında birinci sinfə qəbulla bağlı bütün suallara aydınlıq gətiriləcək.

Sualları Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul şəxsləri cavablandıracaq.

Vətəndaşlar ümumi təhsilə dair suallarını canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərlər.