adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Mart 2019 18:33
6390
MƏMLƏKƏT
A- A+

Qaradağın bəzi yerlərində su olmayacaq

Kür-Bakı magistral su kəmərində qəza baş verib.

Bu barədə Adalet.az -a açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün gecə saatlarınadək Bakı şəhəri Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.