adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Mart 2019 18:00
15153
SİYASƏT
A- A+

Putin və Medvedev Ermənistana səfər edəcək

"Bu il Rusiya Prezidenti Vladimir Putin və ölkənin Baş naziri Dmitri Medvedev Ermənistana səfər edəcək".

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O deyib ki, bir həftə əvvəl Vladimir Putinlə telefon danışığı zamanı səfər məsələsini müzakirə ediblər: "Ermənistana təkcə Prezidentin səfəri nəzərdə tutulmayıb. Avrasiya İqtisadi İttifaqının aprelin 29-da Yerevanda keçiriləcək Hökumətlərarası Şurasının iclasına üzv-dövlətlərin baş nazirləri, o cümlədən Dmitiri Medvedev də qatılacaq"./Report/