adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Mart 2019 17:19
28066
TEXNOLOGİYA
A- A+

Bakcell karyera yarmarkasına qatılıb

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ADA Universitetinin təşkil etdiyi ənənəvi karyera yarmarkasında iştirak edib.

Adalet.az xəbər verir ki, tədbirin İnformasiya Texnologiyaları və Telekommunikasiya sənayesinə həsr olunmuş günündə universitetin tələbə və məzunlarına Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına dəstək göstərir.

Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, müvafiq dövlət strukturları və təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.