adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Mart 2019 16:51
9471
SİYASƏT
A- A+

Akif Nağı: “Bu sifarişdir, ya...”

Bu gün Qarabağ Komitəsinin iclası keçirilib. İclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının komitənin idarə heyətindəki üzvlüyünə xitam verilib.

Adalet.az məsələ ilə bağlı Akif Nağının fikirlərini öyrənib:

"Komitənin İdarə heyətindən istefa verməmişəm. Komitə istənilən qərarı verə bilər. Müəyyən arqumentləri əsas gətirib məni kənarlaşdırıblar, amma bununla razı deyiləm, yanlış qərardı. Arqumentlər bu oldu ki, mən KXCP və ya hansısa partiyada Komitənin iclasılarına qatılmaq istəmirəm. Əvvəlcədən demişdim ki, Komitənin iclasları ya QAT-da keçirilməlidir, ya da neytral bir yerdə, partiya qərargahında olmamlıdır. Əgər partiya qərargahında keçirilirsə istər istəməz o partiyanın möhürü Komitənin üzərinə vurulur. Digər tərəfdən də elə adamlar var ki, hansısa partiya qərargahında keçirilən iclaslara qatılmaq istəmirlər. QAT-ın əsasnaməsində kiminsə iclasa qatılıb-qatılmamasından asılı olmyaraq idarə heyətindən çıxarılması kimi bir şey yoxdur. Amma ümumən deyilmişdi ki, idarə üzvləri üç iclasdan artıq qatılmasa onun İdarə heyətindən çıxarılması gündəmə gətirilə bilər. Lakin bu mənim qatılmadığım üçüncü iclas idi. Onlar buna da riayət etmədilər. Bütün dünyada qəbul olunub ki, hansısa şəxs üçün qərar qəbul edilirsə onun özü də iclasa dəvət olunmalıdır. Bir neçə gün bundan əvvəl Mirmahmud Mirəlioğlu iclaslarda iştirak etmədiyimi soruşduqda, demişdim ki, o vaxt iclaslarda iştirak edəcəm, iclaslar QAT-ın ofisində təşkil edilsin. Yəni bu məsələlərlə bağlı əvvəlcədən kimsə mənə xəbər etməyib. Düşünürəm ki, belə tələsik qərar şübhə yaradır. Çünki bundan qabaq elə adamlar olub ki, bir ay keçirilən iclaslarda olmayıb və onlarla bağlı heç bir qərar qəbul edilməyib. Bu ya sifarişdir, ya qısqançlıqdır, bilmirəm. Hər halda qərarlarına hörmətlə yanaşıram. İşlərində uğurlar arzu edirəm. Biz öz fəaliyyətimizi QAT-da davam edəcəyik.”