Təqaüd …Ya da pensiya… Hər nəysə…

İRADƏ TUNCAY
44769 | 2019-03-07 09:35

Sakitcə baxıram üzünə. Üzdənsakitəm, içimdə fırtınalar. O isə üzdəndə sakit deyil. Həmişəki halı. Mənim sakitliyim də sirayət eləmir. Anlayıram – ömrü ağır xəstənin yanında keçib. Xəstəlik isə bulaşıcı olmasa da, sirayətedicidir.

- Kitabları vermişəm satılmağa. Zəng ediblər ki, VÖEN lazımdı. O nədi?

- Kim aparıb kitabları? Haravermisən? Yəqin vergiyə görədi. Nə qədər satılıb ki?

- Dedilər səkkiz kitab.

- Səkkiz kitabdanmilyon qazanacaqsan da yəqin. Eləfikirləşirlər.

- Mənə niyə pensiya vermirlər?

- Alırsan da 225 manat. 45ilin əvəzidi.

- Onun yaradıcılığın mən köçürmüşəm axı. Mən olmasamo şeirləri oxuya bilməzdilər.

- Pensiya verənlər xahiş eləmişdisəndən?

Anlamır deyəsən, nədediyimi. Susur. Sonra ağlına nəgəlirsə məni susdurmaq istəyir:

- Tədbirlərdə oxuyurlar…

Dəli qəh-qəhə gəlir içimdən:

- Deyirsən sən onları köçürməsən şeiri oxunacaq şairtapılmayacaqdı?

Bizdə şairdən bolnə var? Hələ üstəlik qohum-qardaşlı şairdən…

***

Oktyabrdaatamın 85 yaşı olanda məzar üstə toplanmışdıq. Rəşad qulağımapıçıldayır ki, filankəsin arvadı zəng edib Yazıçılar İttifaqına, deyibki, Məmməd Arazın xanımı çox əziyyət çəkir. Yəni maddicəhətdən… Məndən soruşdular ki, bəsxəbəri yoxdu Aqilin?


***

O an hiss etdim ki, məni qızdırma basdı. Yənipensiya söhbəti dəfələrlə olsa da,hər dəfə "Sənin nə ehtiyacın var ki, hardansa gələcək pula?” -demişdim . "Nə lazımındı biz alırıq da”- demişdim.Kiməsə zəng edib belə istəkdə bulunacağıağlıma da gəlməmişdi. Telefon çıxardanın var-yoxun yad edirəm… Ammahəm də yadıma düşür ki, rastlaşdığıyaşıdlarından birinci soruşduğu pensiyaməbləğidi. Görünür, ömrün buçağında həyatın ən maraqlı tərəfi elə budur – nə qədər qəribə olsa da. Xərcləyə bilmədiyin, ya da dərmana xərclənən məbləğ…

Həm də qəribə dəyişimlərolur insan xarakterində bu sinnə çatanda. Yanaşı yaşayıb da görənlər bilir. Hərzaman şikayət, narazılıq, umu-küsü… Amma beyində baş verən fizioloji dəyişikliklərə nə müdaxilə etmək olar ki? Bunu heç elmbacarmır…

***

-Bəs, filankəsə niyə veriblər pensiya ?

-Nə bilim? Oözü hər yerəgedir yəqin, ona görə. Hər qapınıaçır…

-Mənə də versinlər.Mən neçə il əlyazmalarını köçürmüşəm lupaynan.

-Sənə deyə bilərlər ki, köçürməyəydin.

-Məndən başqa heçkim oxuya bilmirdi onun xəttin…

-Mən neyləyim ???

-Ağız aç mənimçün də. Mən heç kimin çörəyin yeməkistəmirəm. Öz pulum olsun.

-Mən pensiya işinhəll eləmirəm. Heç kimə ağız açası da deyiləm. Sən də 225 manat alırsan. Qalan xərcləri də biz edirik.Yəni bizim borcumuzdu edirik… Sən də heçyerə zəng-flan eləmə. Kitabları da göndərmə heç yerə. Kimə lazımdı? Yaxın vaxtlarda heçbizim dildə danışan qalmayacaq...

-Bəs, nəolsun bu kitablar?

-Durub da evdə. Hələkisən də bu evdə yaşayırsan. RəhmətlikPrezident vermişdi evi sizə. Əlindən alanyoxdu ki? Ehtiyac olsa satarsan…

-Mən bu yaşımda evimdən çıxası deyiləm.

-Kim dedi ki çıx?Elə dedim də. Heç kimə də zəng eləmə!!!

-Abdullazadəyə demək olmaz?

-İndi orda başqa xanımdı… Olmaz…

Həm də fikirləşirəm– qəribədi… Hər tərəfdən təmin olunanlar… Arvadı, oğlu, qızı… Niyəsəbarmağını bizə tuşlayır həmən dəqiqə… Beləolmalıdı yəqin?.. Yetim əlində qoğal əcaibdi? Nəçilik kimlikdən gərəklidi…


TƏQVİM / ARXİV