adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Mart 2019 12:25
22056
MƏDƏNİYYƏT
A- A+

Teatrlarımızın səviyyəsi niyə aşağıdır? - MÜNASİBƏT

Azərbaycan teatrlarında tamaşalara insanların marağı həmişəki kimi aşağıdır. Niyə tamaşaçılar tamaşalarda anşlaq yaratmırlar? Bəlkə bu teatrlarımızın günahıdır.

Adalet.az tanınmış aktyorlar, resissorlardan münasibət öyrənib.





Xalq artisti Məmməd Səfa: "Normal, gözəl tamaşa o vaxt ərsəyə gələ bilər ki, həqiqətən də o tamaşada peşəkar aktyorlar, peşəkar rejissorların əməyi var. Və tamaşa kifayət qədər maliyyə vəsaiti ilə təmin olunursa. Bunlar varsa istədiyimiz nəticəni əldə edə bilərik.







Rejissor Gümrah Ömər: "Birinci növbədə teatrların maddi-texniki bazası təmin olmalıdır. İş şəraiti yaxşılaşdırlamıdır. Vacib olan kadrları, mütəxəsisləri işə cəlb etmək lazımdır. Bundan başqa bütün məsələlər öz qaydaşına düşəcək.”










Aktyor Kamran Ağabalayev: "Düşünürəm ki, bu PR marketinqin sayəsində mövcud ola bilər. Xatırlayırsınızsa "Cırtdan” tamaşası xeyli uğurlu oldu. Buna həm piarın, həm də çox gözə gəlimli kostyumlar, çox gözə gəlimli bir dekor sayəsində nail oldular. İnsanın ilk gözü görür. Göz gördükdən sonra artıq insan anlamağa başlayır ki, bu, yaxşı tamaşadı yoxsa yox. Düzdü, "Cırtdan”ı ciddi bir tamaşayla müqayisə etmək istəmirəm amma yenə də bu fakt olaraq qalır ki, üç yüz minin üzərində gəlir gətirdi bu tamaşa.

Türkiyədə teatrları müəyyən bir aktyorun adıyla tanıyırlar. Niyə bizdə olmasın Qurban İsmayılov teatrı? Vidadi Həsənov teatrı? Laləzar Mustafayeva teatrı? Bu gün sadaladıqlarım aktyorları sevənlər mütləq şəkildə düşünürəm ki, onların oynadığı tamaşalara zövqlə gedərlər. Hər şey zövdən, PR-dan asılıdır.”