adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Mart 2019 00:42
10280
ƏDƏBİYYAT
A- A+

Təhsil və tərbiyəyə bağlı ömür

Ülviyyə Rzayeva - 50

Dərin ağlı, iti zəkası ilə ibrətamiz bir həyat yolu keçmiş Ülviyyə müəllimə Rzayeva xalqına sahib olduğu müəllim peşəsi ilə xidmət edir. O, bu peşənin bilicisi kimi ziyalı, alicənab və humanist xasiyyətə malik bir müəllimə kimi öz nümunəvi davranışı, bilik və bacaracağı ilə kollektivdə müəllim və tələbələrin dərin hörmətini qazana bilmişdir. Biləndə ki, bu il həmkar yoldaşımın anadan olmasının 50, pedaqoji fəaliyyətinin 25 illiyidir bu istək məndə daha da gücləndi. Bu bəlkə də yaxından tanıdığım insan haqqında ilk dəfə söhbət açmaq məsuliyyətinin ağırlığından irəli gəlirdi.
Öncə bildirim ki, Ülviyyə Əlihüseyn qızı Rzayeva 1969-cu ildə Lənkəran şəhərində sadə, zəhmətkeş ailədə anadan olmuşdur. Əlihüseyn kişi ömür gün yoldaşı Rəhimə anayla 6 övlad böyüdüb boya başa çatdırmışlar. Ülviyyə övladların sonuncusu evin son beşiyidir. Ülviyyə 1986-cı ildə Lənkəran şəhər 2 saylı tam orta məktəbini bitirmişdir. Hələ orta məktəbdə oxuyarkən müəllimlik peşəsinə böyük maraq göstərib. Elə bu məqsədlə 1987-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun "İngilis və fransız dilləri" ixtisasına qəbul olmuş və 1992-ci ildə təhsilini başa vurmuşdur. Əmək fəaliyyətinə 1992-ci ildə Lənkəran şəhər 7 saylı tam orta məktəbdə müəllim kimi başlamış və 1999-cu ildən Lənkəran Dövlət Humanitar Kollecdə əvvəl saathesabı, 2000-ci ildən əsas müəllim kimi fəaliyyətə başlamışdır. 2012-ci ildən Kollecin tərbiyə işləri üzrə direktor müavinidir. İşlədiyi müddət ərzində Kollecin ictimai ictimai işlərində fəal iştirak edir. Lənkəran şəhər icra hakimiyyətinin və Kollec rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanla təltif edilmişdir. 2003-cü ildən YAP-ın üzvüdür. Evlidir. 2 övladı var. Böyük oğlu Əliəkbər Ukraynada ali təhsil almışdır. Hal-hazırda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində vətənə xidmət edir. Kiçik oğlu İdrak Lənkəran Dövlət Humanitar Kollecini fərqlənmə diplomu ilə bitirmişdir. Sizin 50 illik ömrünüzün səhifələrini vərəqlədik, elə bir ömür ki, el-obanın, kollektivin hörmətini qazanmış bir ziyalı. Ürəyinin saflığı üzündən oxunur. Ömrünün müdriklik dövrünə qədəm qoyan Ülviyyə müəllimə bu gündə gənclik enerjisi, gənclik həvəsi ilə çalışır. Bizdə anadan olmasının 50 illik yubileyi və qarşıdan gələn 8 mart Beynəlxalq qadınlar bayramı münasibətilə həmkarımızı ürəkdən təbrik edir, şəxsi həyatında möhkəm cansağlığı, gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.

Kollektivdə vardır sənin hörmətin
İşin olub dövlətinə xidmətin.
Zəhmətinlə aldın bugün qiymətin
Allah olsun sənə bu işdə kömək
Yubileyin mübarək, yaşın mübarək
Ülviyyə sənin doğum günün mübarək!
Cəmil Quliyev
Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi,
t.ü.f.d., AJB-nin üzvü