adalet.az header logo
  • Bakı 20°C
06 Mart 2019 11:47
6693
GÜNDƏM
A- A+

Gəncə-Naxçıvan-Gəncə aviamarşrutu üzrə uçuşların bərpası gözlənilir

Nazirlər Kabineti Milli Məclisin deputatlarının Gəncə-Naxçıvan aviareysinin bu il açılması təklifinə cavab verib.

Bu,Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, Gəncə-Naxçıvan-Gəncə aviareysi üzrə uçuşların yerinə yetirilməsi üçün "Azərbaycan Hava Yolları” ASC-nin texniki imkanları mövcuddur. Bu uçuşların yerinə yetirilməsinin iqtisadi baxımdan uçuşların səmərəliliyinin artırılması və Cəmiyyət üzrə əlavə maliyyə itkilərinin qarşısının alınması ilə bağlı işlər görülür.

Qeyd olunan məsələlər həll edilərkənGəncə-Naxçıvan-Gəncə marşrutu üzrə uçuşların bərpa edilməsi 2019-cu ilin 2-ci rübünə planlaşdırılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.