adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Mart 2019 10:22
14958
KRİMİNAL
A- A+

Bakıda 23 yaşlı gənc küçədə bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Yasamal rayonu, Şərifzadə küçəsi, 484 ünvanının qarşısında rayon sakini, 1996-cı il təvəllüdlü Eldarov Xıdır Ceyhun oğlu naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.