adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Mart 2019 18:00
14290
SİYASƏT
A- A+

İranlı rəsmi: İranın ali lideri həmişə Azərbaycan xalqı və dövlətinin müdafiəçisi olub

Mənim bildiyim qədəri ilə, İranın ali lideri ayətullah Əli Xamneyi həmişə Azərbaycan xalqı və dövlətinin müdafiəçisi olub və olacaq.

Trend-in məlumatına görə, bunu İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman mətbuat konfransında deyib.

İ.Türkmanın sözlərinə görə, İranın ali lideri həmişə Azərbaycan xalqına mehribanlığını nümayiş etdirib, hazırda da onun münasibətində heç bir dəyişiklik yoxdur.

İranlı rəsmi əlavə edib ki, Paşinyanın Tehranda yaşayan bir qrup erməni ilə görüşündə asılan plakat və səslənən şüarlar son günlər Azərbaycanla münasibətlərə dair narahatlığa səbəb olub:

"Təəssüflər olsun ki, bu narahatlıq İranın Azərbaycan xalqı və dövləti ilə əlaqədar strategiyasının dəyişilməsi şübhəsini yaradıb”.

İki ölkə arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayan İ.Türkman əlavə edib ki, Azərbaycan regionun önəmli ölkələrindən biridir.