adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Mart 2019 17:40
5233
MƏMLƏKƏT
A- A+

“DOST Xonçası” bayramlaşma kampaniyasına başlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar tənha ahıl, yaşlı insanları əhatə edəcək "DOST Xonçası” adlı bayramlaşma kampaniyasına başlayıb.

Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.

Xalqımızın zəngin milli-mənəvi dəyərlərini, yüksək humanizm prinsiplərinə sadiqliyini əks etdirən Novruz bayramının qədim adətlərindən biri də bayramlaşmaqdır. Bu gözəl adətə uyğun olaraq başladığımız kampaniya tənha ahıl, yaşlı insanları ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətdə ahıllara diqqət və qayğını təşviq etməkdir.

Nazirliyin əməkdaşları aksiyanı Səbail rayonunda tənha yaşayan 80 yaşlı Mənzər Hüseynovanı ziyarət etməklə başladı. Ona "DOST Xonçası” təqdim edərək, bayramlaşdılar, həmsöhbət oldular.

Tənha ahıl vətəndaşlarımızı sevindirmək, onlarla bayramlaşmaq istəyən hər qurum və ya hər kəs bu aksiyaya qoşula bilər. Aksiyanı davam etdirənlərdən bu barədə facebook səhifəsində postlarını #dostxonçası "hashtag”ı altında paylaşmalarını xahiş edirik.