adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Mart 2019 15:49
18478
MƏDƏNİYYƏT
A- A+

“Dövlət “Parni iz Baku”ya qadağa qoymayıb” - Əbülfəs Qarayev

Tahir İmanov və "Parni iz Baku" kollektivinin fəaliyyətindən Mədəniyyət Nazirliyi daima xəbərdar olub. Onların konsertləri üçün nazirlik tərəfindən Heydər Əliyev Sarayında şərait yaradılıb.

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, teatrın fəaliyyətinə heç vaxt dövlət tərəfindən qadağa qoyulmayıb:"Özəl şirkətlərin fəaliyyətinə müdaxilə edə bilmərəm. Ancaq onlara məsləhət, tövsiyyə verə bilərəm. Yaxın günlərdə onların filmlərinin təqdimatı oldu. Tahirgil bizdən nümayiş haqqında xahiş etmişdilər. Həmçinin aprel ayında Heydər Əliyev sarayında konsertləri olacaq. Göründüyü kimi dövlət tərəfindən bu cür məhdudiyyətlər qoyulmayıb. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərəm. Onlara yalnız tövsiyə verə bilərik
Onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar. Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan Bədii Şuralar yaradılsın. Efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayrılmalıdır".