“Sədrdən xahiş etdim ki, bunu İrəvanda soruşsunlar” - Məmmədyarov
"Biz Azərbaycanla ATƏT arasında əməkdaşlığa, həmçinin Azərbaycanla Slovakiya arasında münasibətlərə dair müzakirələr apardıq".
Adalet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın XİN rəhbəri Miroslav Layçak ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Nazir deyib ki, ATƏT sədrini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son durum barədə məlumatlandırıb: "ATƏT sədrindən xahiş etdim ki, gələn həftə İrəvanda səfərdə olduğu vaxt Ermənistanın yeni rəhbərliyindən bu münaqişənin onlara, sıravi ermənilərə nə verdiyini soruşsun. Sıravi ermənilər işğal olunan torpaqlarda nə qazandılar, həyatları yaxşılaşdımı? Onlar heç nə əldə etməyib. Ermənilərin həyat səviyyələri yüksəlibmi? Yox. Əksinə onlar daha ağır demoqrafik vəziyyət, ağır iqtisadi vəziyyətdə üzləşiblər".
XİN rəhbəri vurğulayıb ki, erməni həmkarı ilə Qarabağ münaiqşəsinin nizamlanmasına dair 4 dəfə, Azərbaycan və Ermənistan liderləri isə 3 dəfə görüşüblər: "Biz münaqişənin nizamlanması prosesində irəliləyiş olmasını istəyirik. Proses ən azı ölü nöqtədən tərpələnməlidir".
Məmmədyarov eyni zamanda qeyd edib ki, bu yaxınlarda nüfuzlu "Berlin Economics" nəşri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hesabat hazırlayıb. Hesabata əsasən münaqişəni həllindən həm Ermənistan, həm də Azərbaycan iqtisadiyyattında əhəmiyyətli artım qeydə alınacaq.
Digər Xəbərlər
24 Aprel 2024 20:48
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİ
24 Aprel 2024 18:53Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anı
24 Aprel 2024 18:49“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşı
24 Aprel 2024 14:37Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
24 Aprel 2024 14:36