adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Mart 2019 14:15
15195
ƏDƏBİYYAT
A- A+

Bakı Xoreoqrafiya Akademiyasında Cəfər Cabbarlının 120 illik yubileyi həsr olunmuş konfrans

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə "Mən bir sönməz ulduzam ki, daim işıq saçaram” adlı elmi-praktiki konfrans keçirilib. 

Konfransda akademiyanın professor-müəllim, tələbə-şagird heyəti, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı, Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli, Xalq artistləri Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova,Laləzar Mustafayeva, Əməkdar artist Məsmə Aslanqızı iştirak ediblər. Elmi-praktiki konfransda giriş sözü ilə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev çıxış edərək, görkəmli yazıçının zəngin yaradıcılığından, Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Tədbirdə Cəfər Cabbarlının yaradıcılığı barədə ümumi məlumat veriləndən sonra böyük dramaturqun həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub. Sonra BXA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova "Görkəmli dramaturq Cəfər Cabbarlı yaradıcılığının musiqidə təcəssümü”, yazıçı-dramaturq,Əməkdar incəsənət xadimi Əli Əmirli ""Almaz” pyesinin yeni səhnə redaksiyası müasir zaman kontekstində”, BXA-nın Sənətşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov "Cəfər Cabbarlının teatrşünaslıq fəaliyyəti”, BXA-nın İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Maral Manafova "Cəfər Cabbarlının tərcümə yaradıcılığı”, "Ədəbiyyat qəzeti”nin məsul katibi, yazıçı-publisist Atababa İsmayıloğlu "Cəfər Cabbarlının dramaturgiya yaradıcılığı” mövzusunda məruzələrlə çıxış ediblər.

Daha sonra isə C.Cabbarlının bir sıra əsərlərini səhnədə canlandıran Xalq artisti Nurəddin Mehdixanlı yazıçının qələmə aldığı əsərlərlə xalq arasında qazandığı sonsuz sevgidən, pyeslərinin bu gündə mütləq əksəriyyətinin aktuallığını qoruyub saxlamasından bəhs edərək, həm də bu konfransın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamından sonra keçirilən, məruzə rəngarəngliyi və bədii tərtibat baxımından ilk dolğun və əhatəli tədbirlərdən biri olduğunu qeyd etdi. Qonaq qismində iştirak edən Xalq artistləri Firəngiz Mütəllimova və Laləzar Mustafayeva isə ədibin əsərləri əsasında səhnəyə qoyulmuş tamaşalardakı rollarından danışdı.

Tədbirin sonunda Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək, konfransın təşkilinə görə, Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.