adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Mart 2019 13:22
10658
SİYASƏT
A- A+

“Xidmət sektorları bazar günü də işləməlidir” - Fazil Mustafa

"Vacib xidmət sektorları həftəiçi istirahət günü elan etməklə bazar günü işləyə bilər”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, elə xidmət sektoru var ki, vətəndaş üçün vacibdir, amma bazar günü işləmir: "Həmin qurum bazar günü işləmir, vətəndaş da ora bazar günü getmək istəyir. Çünki vətəndaş həftəiçi-işvaxtı bunu həll edə bilmir”.