hacklink Adalet.az | Vaqif Əsədov: "Özündənrazı sürücülərə güzəşt edilmir" - MÜSAHİBƏ Adalet.az | Vaqif Əsədov: "Özündənrazı sürücülərə güzəşt edilmir" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Vaqif Əsədov: "Özündənrazı sürücülərə güzəşt edilmir" - MÜSAHİBƏ

32422    |   2019-03-05 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu sözləri bizimlə söhbətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsini bölmə rəisi, polis polkovniki Vaqif Əsədov xüsusilə vurğuladı

- Cənab polkovnik, hər vaxtınız xeyir olsun! Necəsiniz, nə var, nə yox?! Biz sizinlə od çərşənbəsində görüşürük. Qoy bu od çərşənbəsi ölkəmizə əmin-amanlıq, ruzi bolluğu gətirsin və sizin də ailənizi sevindirsin...

- Hal-əhval tutmağınıza görə, çox sağ olun. Şükür Allaha, bu gün əsl yaz havasıdır. Gün çıxıb öz nurunu insanlara paylayır. Bundan gözəl nə ola bilər? Təbii ki, belə havada insanın ovqatı da yaxşı olur. Mənim də ovqatım şükür Allaha lap yaxşıdır...

- Əgər ovqatınız yaxşıdırsa, deməli, sizinlə söhbətimiz baş tutacaq. Ona görə də birbaşa mətləbə keçirəm: Bakı şəhərində yol-nəqliyyat hadisələrinin böyük hissəsi piyada vurulması ilə bağlıdır. Yəni piyadavurma halları rəqəmlərin diliylə demiş olsaq, əlli faizdən yüksəkdir. Bu sizi narahat edirmi?

- Narahat yox ey, bu cür hadisələrin sayının artması bizim rəhbərliyi, eləcə də bütün əməkdaşları çox narahat edir. Yəni piyadaların vurulmaması üçün biz maksimum səviyyədə qabaqlayıcı tədbirlər görürük, hərəkət iştirakçıları arasında maarifləndirmə işləri aparırıq.

- Bu işlər sistemli şəkildə aparılırsa, bəs onda bu qədər piyadaların vurulması halları niyə çoxalır?

- Ona görə çoxalır ki, əksər halda piyadalar yolun təyin olunmuş yerindən deyil, nəqliyyat vasitələrinin hərəkət etdiyi intensiv yerdən keçirlər. Biz Bakıda hər keçidin yanına bir yol polisi qoya bilmərik, amma qabaqlayıcı tədbirlər görə bilərik. Yəni hər gün olmasa da, günaşırı yol polisi, eləcə də post patrul xidməti əməkdaşları yeraltı və yerüstü keçidlərin, bununla yanaşı, təyin olunmuş yerlərin yanında reydlər keçirir. Elə bunun nəticəsidir ki, əvvəlki illərlə müqayisədə piyadavurma halları aşağı enib.

- Yəni piyadaların vurulma hallarını bundan da aşağı endirmək olarmı?

- Niyə olmur, olar. Amma bu hadisələr heç də hamısı yol polisinin gücüylə həll edilə bilməz. Bu işdə bizə ilk növbədə piyadalar özləri kömək etməlidir. Yəni onlar yolun təyin edilmiş hissəsindən keçməlidilər. Bununla yanaşı, müxtəlif televiziya kanalları və KİV-lər də maarifləndirmə işləri aparmalıdır. İctimaiyyətin özü də problemin həll olunmasında kənarda durmamalıdır.

- Vaqif müəllim, "ictimaiyyət” deyirsiniz. Amma bu ictimaiyyət çox vaxt hadisələrə laqeyd yanaşır və soyuq münasibət bəsləyir. Məsələn, soruşanda deyirlər ki, əşi, mənim nə işimə qalıb ey, yolu düz keçməyinə irad tuturuq, o da bizi yaş yuyub quru sərir. Deyir ki, sən yol polisisən, get işinlə məşğul ol!

- İctimai qınaqdan çəkinmək lazım deyil. Qanunu pozan kimsə buna görə həmin insanları qınayırsa, düz yol tutmur. Onsuz da yol hərəkəti qaydasını tez-tez pozanlar (istər sürücü olsun, istərsə də piyada) nə vaxtsa bunun ağrısını hiss eləyirlər. Bax, onda da hər şey gec olur. Bizdə vətəndaş fəallığı çatışmır. Kimin qınayıb qınamamasından asılı olaraq gərək hər hansı hadisəyə ədalətli münasibət bəsləyəsən.

- Siz burda olmayanda bölmənizin baş inspektoru, polis polkovnik-leytenantı Rasim Abdullayevlə və idarənin əməkdaşlarıyla "20 Yanvar dairəsi”ndə körpünün altında və metronun "İnşaatçılar” stansiyasının yanında piyadalarla bağlı reyd keçirildi. Və o reyddə biz də iştirak elədik. Təyin olunmamış yerdən keçən bütün piyadalar min bir bəhanə gətirirdilər...

- Onu düz deyirsiniz. Piyadaların ən böyük səhlənkarlığı ondan ibarətdir ki, təyin olunmuş yerlərdən və keçidlərdən istifadə etmirlər və hardan gəldi yolu keçirlər. O reydin nəticəsi haqqında Rasim Abdullayev mənə də məlumat verib. Əllidən çox piyadaya xəbərdarlıq edilib. Neçə-neçə qanunu pozan piyada da İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə iyirmi manat miqdarında cərimə edilib. Görürsünüz, qanunu pozan çox piyada maarifləndirilib və cərimə edilməyib. Onlara xəbərdarlıq olunub. Bax, bu piyadalar nəticə çıxarmalıdılar. Deyirsiniz ki, piyadalar qanunu pozduqlarına görə, min bir bəhanə gətirir. Bu həmişə belə olub. Biri deyir xəstəyəm, yeriyə bilmirəm, biri deyir tələsirəm, biri də deyir ki, fikirliyəm. Xəstələri və qocaları başa düşürük. Bəs bu cavanlara nə olub?!

- Gecə reydləriniz olurmu və bu gecə reydləri gündüz reydlərindən bir qədər çətindir? Xüsusən gecə reydləri vaxtı çoxlu sayda sərxoş sürücülər aşkarlanır. Bu gün o reydlər davam edirmi?

- Birmənalı olaraq deyə bilərəm ki, gecə reydləri hər gün davam edir. Düzdür, əvvəlki vaxtlarla müqayisədə sərxoş sürücülər xeyli azalıb. Bu da yol polisinin həyata keçirdiyi proflaktik tədbirlər nəticəsində mümkün olub. Üstəlik də spirtli içki qəbul edən bir çox sürücülər "Ayıq sürücü” xidmətindən istifadə edir...

- "Ayıq sürücü” dediniz, camaat arasında gəzən söz-söhbət yadımıza düşdü. Çünki sözün açığı bəzi sürücülər deyir ki, "ayıq sürücü”lər yol polisiylə əlbirdi, sürücünü gətirib düşürür evinin yaxınlığında, sürücü də sükan arxasında əyləşən kimi, yol polisi də onun başının üstünü kəsdirir. Yol polisi onu saxlayır və protokol tərtib edir...

- Bu deyilənlərin heç biri həqiqətə uyğun deyil. Birincisi, "ayıq sürücü” həmin adamı düz aparıb evinin yanında qoyur, maşını həyətdə saxlayıb gedir. Bundan sonra heç kəs ona müdaxilə edə bilməz. Əgər sürücü sükan arxasında deyilsə, heç kəs onu saxlaya bilməz. Spirtli içki qəbul edib lap evinin yanında da olsa avtomobili idarə edirsə, yol polisi onu saxlamalıdır.

- Cənab polkovnik, siz 8 Mart Beynəlxalq Qadınlar bayramında həmişə xanım sürücüləri şəhərin müxtəlif yerlərində saxlayaraq onları təbrik edir, gül dəstəsi, hədiyyələr verirsiniz. Bu dəfə də 8 Martda belə tədbir olacaqmı?

- Artıq neçə illərdir ki, Bakı Şəhər Yol Polisi İdarəsi xanım sürücüləri 8 martda təbrik edir, onlara hədiyyə verir. Hətta qaydanı pozan xanım sürücülər cərimə edilmir, onlarla səmimi söhbət olunur və gül dəstəsi təqdim olunur. Bu dəfə də xanım sürücülərə çoxlu hədiyyəmiz olacaq. Allah qoysa, bu hədiyyələri nümunəvi xanım sürücülərə verəcəyik. Qaydanı pozan xanımlar da diqqətdən kənar qalmayacaq.


Söhbətləşdi: Faiq QİSMƏTOĞLU


İmza:

“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!”

Xalq yazıçısı Anar: "Türkiyə türkcəsinin ünsiyyət dili kimi qəbul olunması..."

Vəzir Orucovun atası İsgəndər Həmidovu silləynən vurdu... - Asim Qasımov

Əli Hüseynli: - "Hüquqşünasların parlamentdə təmsil olunması zərurətdir" - MÜSAHİBƏ

Siyavuş Novruzov ölkə gündəmini silkələyən hadisələrdən danışdı

Aydın Bağırovun ingilis jurnalistə dediyi sözlər

Xaricdə olanda bu cür adamı məyus edən hallarla qarşılaşırıq - MÜSAHİBƏ

Aqil ABBAS: "Mən bu Komitənin işi ilə maraqlanmamışam"

Aqil Əhmədov: “Döyüşdə bəxtim gətirmədi...ölmədim...”

Qarabağ söhbəti - “Yuxarıdan tapşırıq gəlmişdi ki, efirdə “Qarabağ şikəstəsi”ni çox verməyin, ermənilər qıcıqlanır”

“Mən qələt edərəm Ermənistana və Qarabağa gedərəm...” - Aqil Abbas

Mehriban Əliyeva: Moskva ilə Bakının münasibətləri nümunəvi xarakter daşıyır

SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK