adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Mart 2019 12:30
13826
SİYASƏT
A- A+

Azərbaycanla bağlı çirkli pullar məsələsi gündəlikdən çıxarıldı

Bəzi təşkilatlarda, eləcə də AŞPA-da bir qrup insan anti-Azərbaycan mövqeyi tutaraq, qeyri-obyektiv münasibətləri ilə ölkəmizin imicinə xələl gətirmək istəyirlər. AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsində çirkli pulların yuyulmasına dair mövzu gündəlikdə əks olunsa da, icraata qəbul edilməyib və yekdilliklə gündəlikdən çıxarılıb.

Adalet.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri AŞPA-nın komitə iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

O bildirib ki, Azərbaycan nümayəndə heyətinin apardığı iş nəticəsində martın 4-də Parisdə AŞPA-nın komitə iclasında yuxarıda adıçəkilən məsələ gündəlikdən çıxarılıb. "AŞPA-nın üzv ölkələrində problemlərin araşdırılması və onların həll olunmasında hər hansı bir ölkənin hədəf seçilməsi qəbulolunmazdır. Bütün məsələlər ümumi kontekstdə müzakirə edilməlidir”, - deyə S.Seyidov diqqətə çatdırıb.

Nümayəndə heyətimizin rəhbəri vurğulayıb ki, AŞPA-nın əsas problemlərindən biri daxilində ikili standartları müəyyən edib aradan qaldırmaq istiqamətində səylər göstərməməsidir: "Bu gün ölkəmizə qarşı bu qərəzli məruzənin gündəlikdən çıxarılmasının həm qlobal problemlərin həllinə, həm də AŞPA–nın ikili standartlardan can qurtarmasına yardımçı olacağına ümid edirəm”.