adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Mart 2019 12:27
12645
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: İLĞIM

Adımı sözünə qat -
Hər gün bir cümlə söylə...
Fərəhlənim - gün boyu -
Əlləşim yerlə , göylə ...

Təkcə qulaqlarım yox .
Ruhum da cingildəsin...
Xoşbəxtlik ağlım alsın -
Ürəyim dingildəsin...

Öz içimdə min dəfə -
Sevir! Sevir ! - deyim mən...
Yol vermirəm ki . səhfə -
Bəlkə bu mən deyiləm?!

Tərəddütlə . ümidlə
Günü günə hörüm mən...
Dilindəki adımı -
Ürəyimlə görüm mən...

Cümlən təkrarlandıqca
Şirinləşsin . mətləşsin...
Başını qoy balınca -
Dünyan Əbülfətləşsin....