adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Mart 2019 16:25
4499
GÜNDƏM
A- A+

Bu il Mahaçqala-Dərbənd-Bakı sürət qatarı işə düşə bilər

Dağıstan hakimiyyəti 2019-cu ildə Mahaçqala-Dərbənd-Bakı marşrutu ilə sürət qatarının işə düşəcəyinə ümid edir.

Trend-in məlumatına görə, bunu Dağıstanın nəqliyyat və yol təsərrüfatı naziri Şiruxan Hacımuradov geniş kollegiya iclasında deyib.

Nazir bildirib ki, 2019-cu ildə və yaxın perspektivdə Mahaçqala vağzalının yenidən qurulması planlaşdırılır: "Həmçinin Dərbənd-Mahaçqala-Mineralnıye Vodı-Kislovodsk sərnişin qatarı və Mahaçqala-Dərbənd-Bakı sürət qatarının təşkili nəzərdə tutulur".

Mahaçqala-Bakı yeni dəmiryol nəqliyyatı məsələsinə 2018-ci il aprelin əvvəlində baxılıb. Bundan əvvəl o da bildirilirdi ki, Mahaçqala və Bakı arasında birbaşa aviareys açmaq planlaşdırılır.