adalet.az header logo
  • Bakı 16°C
05 Mart 2019 10:15
15226
İDMAN
A- A+

«KEŞLƏ» STADİONUNDA EŞŞƏK OTARIRLAR

Hələ belə şaqqıldayıb güldüyüm olmamışdı. Deməli, illər öncə Mübariz Mənsimov müəyyən haqsızlıqlara etiraz əlaməti olaraq «Xəzər-Lənkəran»ı ölkə çempionatındakı yarışlardan çıxartdı. Jurnalist stadionda Mübariz müəllimdən intervü götürür, səbəblərini soruşur. Sonda belə bir sual verir :

- Bəs, bu stadionda nə edəcəksiz?

Acı-acı gülümsədi və belə cavab verdi:

- Eşşək otardacam.

Bir batman yox ey, on batman balla da yeyilə bilməyəcək bir söz idi.

Ayın 3-də «Keşlə» öz stadionunda «Qarabağ»ı qəbul edirdi. Mənim o futbolçulara yazığım gəldi. Bir həftə masaj da elətdirsələr xeyri yoxdu, o ağrı-acı canlarından çıxmayacaq.

«Xəzər- Lənkəran»ın stadionunu bilmirəm, amma deyəsən, «Keşlə» stadionunda eşşək otarmışdılar.

Allaha şükür, Bakıda çox gözəl stadionlar var, özü də demək olar ki, çoxu süni örtüklərdən yaxasını qurtarıb. Ola bilməzdimi ki, bu oyunu normal stadionların birində keçirəydilər.