Faiq QİSMƏTOĞLU: SURXAY ƏLİBƏYLİ XOŞBƏXT ADAMMIŞ

FAİQ QİSMƏTOĞLU
49729 | 2019-03-04 13:19

Mən hələ indiyə qədər xoşbəxtliyin tərifini və düsturunu tapa bilməmişəm.Və hərə də xoşbəxtliyi bir cür yozur. Mənim də xoşbəxt illərim, günlərim,aylarım olub. Ən xoşbəxt günlərim atalı-analı, qardaşlı günlərim idi. Elə kiatamı itirdim, elə ki qardaşım dünyasını dəyişdi, elə ki anam Allahın dərgahınaqovuşdu, bununla da mənim xoşbəxtliyimə bir nöqtə qoyuldu. Mən naşükür adamdeyiləm ha! Gözəl ailəm, balalarım, nəvələrim var. Buna min şükür! Amma xoşbəxtliksətam başqa bir şeydi. Onun nə rəngi var, nə dadı var, nə də tamı. Sadəcə olaraq,hər insan qismət olsa bu anı yaşayır...

Yazımın sərlövhəsində qeyd elədim ki, Surxay Əlibəyli xoşbəxtadammış. Bunu elə-belə, təsadüfən işlətmədim. Surxay Əlibəyli çox istedadlıjurnalist, publisist olub və çox da vətənpərvər bir ziyalı idi. Əgər insandünyasını dəyişirsə və hər an doğmaları deyil, dostları tərəfindənxatırlanırsa, elə bu özü çox böyük xoşbəxtlikdir. Sağ adamlar sağ olsa da, onunsağlığıyla ölümü bilinmir. Yəni belələri sağ olsa da ölü kimidir. Çünki onlar nəxeyirdə görünürlər, nə də şərdə. Amma Surxay Əlibəyli kimi ziyalılar hər an, hərdəqiqə doğmaları və dostları tərəfindən xatırlanırsa, deməli, o yaşayır. Və deməli,Surxay 69 il ömrünü elə-belə başa vurmayıb. Bu dünyaya gəlib və öz sözünüdeyib, izini qoyub, Allahın dərgahına dönüş edib...

Jurnalist dostumuz Həşim Həsənoğlu ötən şənbə, yəni mart ayının 2-dəgəlib dedi ki, ayın 3-ü Surxayın dostları bir yerə yığışacaq və onu yad edəcəklər.Sən də ora dəvətlisən. Çünki rəhmətliklə dostluq eləmisən, duz-çörək kəsmisən vəhətta "Ədalət”də bir yerdə işləmisiniz. Oğlu Altay dedi ki, məclis həmişəSurxayın yeyib-içdiyi yeməkxanada olacaq.

Şənbə günü axşam gözəl ziyalı və gözəl də jurnalist Surxay müəlliminoğlu Altay Əlibəyliyə telefon açdım. Ancaq nədənsə cavab vermədi. Bazar günü səhərsaatlarında ondan mənə zəng gəldi. Dedi ki, mənim nömrəmə zəng vurmusunuz,kimdi? "Faiq Qismətoğludu” – dedim. Onun çox yorğun səsini eşitdim. Və adımıeşidəndə səsinin şirinliyi bir qədər artdı. Dedi ki, mən atama çox şey eləyəbilmədim. Gərək onun qədrini yaxşı biləydim. Düzdür, müəyyən yerə su çəkdirmişəm,yol düzəltdirmişəm. Bunu ona görə elətdirmişəm ki, qoy atamın ruhu şad olsun vəmənim də ürəyim sakitləşsin. Qayıdıb dedim ki, Altay müəllim, təki bütünoğullar sizin kimi atasına belə bir dəyərverisin. Siz həm Surxayın sağlığında, həm də dünyasını dəyişəndən sonra biroğul kimi çox işlər görmüsünüz. Hər oğul bunu eləmir. Allah üzünü ağ eləsin!

Bazar günüdür. Surxay Əlibəylinin qələm dostları: tanınmış jurnalistlərSüleyman Qaradağlı, Asif Talıboğlu, Elşən Əliyev, Qələndər Xaçınçaylı, Həşim Həsənoğlu, Surxayın qardaşı Etibar Toğrul və bu sətirlərin müəllifi deyilənyerə gəlmişik. Qardaşı Etibar bizi çox böyük sevgiylə qarşılayır. Masaarxasında əyləşirik və rəhmətlik Surxayın ruhunu bir dəqiqəlik sükutla yadedirik. Sonra süfrəyə müxtəlif təamlar gəlir. Amma hamının ürəyi Surxay barədədoludur. İstedadlı jurnalist Süleyman Qaradağlı Surxayla olan son günlərinixatırlayır. Deyir ki, rəhmətə getməmişdən bir gün əvvəl telefonla danışdım, həmişəgörüşdüyüm yerə dəvət elədim. Hiss etdim ki, səsi də zəifdi, heyi də yoxdur.Biz burda onunla çox çörək kəsmişik. Surxay çörək kəsməli, dostluq eləməli adamidi. Necə idisə elə də görünürdü. Yəni başqaları kimi ciliddən-cilidə girməzdi...

Şair-publisist Asif Talıboğlu Surxay Əlibəyli ilə bağlı kövrək xatirələriniyada saldı. Dedi ki, mən Surxayla çox yerdə olmuşam. Onu vətən dərdi öldürdü.Ağdamdan danışanda həmişə ağlayardı. Heç bilməzdim ki, onun ürəyi bu qədəryumuşaqmış. Təsəlli olaraq deyirdim ki, Surxay, darıxma, bir gün özümüz ora gedəbilməsək də, ruhumuz Ağdama, Qubadlıya gedəcək.

Şair Qələndər Xaçınçaylı Surxaya olan sevgisindən söhbət açdı. Dediki, Surxay mənə çox çörək verib. Çibimdə pulum olmayanda cibimə pul qoyub, yeməkxanayaaparıb qonaqlıq verib. Ağdamda, Yevlaxda, Ağcabədidə Surxayla çox gözəl günləryaşamışıq. İndi o günləri yada salanda qəlbim göynəyir. Amma mənə təsəlli olanodur ki, Surxay kişi kimi adam idi. Başqaları kimi qeybət eləyən, badalaq atandeyildi. Sonra Qələndər Xaçınçaylı bir şeir də oxudu.

Surxayın yaxın dostu Elşən Əliyevsə onunla bağlı xatirələrini dilə gətirdi.O xatirələr ki, Elşən müəllim danışanda bizi də kövrəltdi. Və qəribədir ki, Elşənmüəllim onun heç kəsin bilmədiyi xarakterindən söhbət açdı. Təbii ki, dostlarınhamısı öz sevgilərini ona bildirirdilər.

Surxayın yaxın dostlarından biri də Həşim Həsənoğlu olub. O Həşim Həsənoğluki, Surxayla birlikdə kitab yazıb, məqalələr hazırlayıb və oxuculara çatdırıb.Həşim müəllim də Surxayla bağlı şirin xatirələrini dilə gətirdi. Və gördüm ki,Surxay haqqında danışanda gözləri dolur. Hər halda, bu, Surxaya olan dostsevgisiydi, dost məhəbbətiydi.

Surxay Əlibəyli müxtəlif vəzifələrdə çalışıb, hətta rəhmətlik ƏbülfəzElçibəylə çox yaxın dostluq eləyib. Surxay istəsəydi çox şey qazanardı. Yənibaşqaları kimi bəydən nəsə xahiş eləyərdi, bəy də onu yerinə yetirərdi. AncaqSurxay öz təmizliyi, öz saflığıyla Elçibəyinböyük sevgisini qazanmışdı. Elçibəy də bilirdi ki, Surxay təmiz adamdı, elə onagörə də onunla dostluq eləyərdi. O, Ağdamda Mədəniyyət evinin müdiri və parkındirektoru olanda da həmişə dostlarına sədaqətli olub. Kimsə onun yanına getsəydi,Surxay onu heç vaxt yedirdib-içirtmədən buraxmazdı. Çünki onun dünya boyda ürəyivardı. Surxay müəllim bir tikə çörəyini beş-altı yerə bölməyi bacaran kişi idi.O heç vaxt masaya qoyulan yeməyi yeməz, öz qabağına çəkməz, birinci yoldaşına təklifedərdi.

1990-cı ilin əvvəllərində Aqil Abbas bərk xəstələnmişdi. Dahadoğrusu, fəqərə yırtığı olduğuna görə, neyrocərrahiyyə xəstəxanasında yatırdı.Həkimlər nə qədər ona iynə vursa da, ağrısı kəsmirdi. Bir gün Surxay səhər-səhərona xaşla tut arağı gətirmişdi. Aqil müəllim də xaşla tut arağını yaxşı-yaxşıvurdu və Lətif Süleymanlıdan alıb çarpayının başına bağladığı qalstukdanyapışaraq durub oturdu. Bu vaxt həkim otağa girdi, hiss etdi ki, tut arağınıniyi gəlir. Aqil Abbas həkimi qabaqladı, dedi ki, həkim, sizin iynələrdən çox buarağın mənə xeyri dəydi. Ona görə durub yerimdə oturmuşam. Həkim də bir söz deməyibgülüb getdi. Sabahı gün Aqil Abbası qucağımıza alıb maşına əyləşdirərəkSemaşkaya apardıq. Orda rəhmətlik Elçin Kazımov onu manuel-terapeya, yəni xalqdilində demiş olsaq, masaj elədi. Aqil müəllim ayağa qalxdı, yerdi və maşına əyləşibişə gəldi. Elə o masajla da Aqil müəllim sağaldı.

Surxay Əlibəyliyaşadığı 69 il ərzində heç kim deyə bilməz ki, kiməsə pislik eləyib. O,qarışqanı da basdalayıb keçməzdi. Onun öz dünyası vardı və öz dünyasında da özdostları olardı. Dünya malında gözü olmazdı, əlində beş-on manat pulu olsaydı,həmin dostlarını çağırıb elə bu yeməkxanada qonaqlıq verərdi.

Bu gün çərşənbə günüdür. Daha doğrusu, od çərşənbəsidir. Bu çərşənbəgünü yazımı qələmə aldım. Deyirəm ki, bu gözəl gündə qoy Allah-Təala onunruhunu şad eləsin, məzarını nurla doldursun!

Sonda onu demək istəyirəm ki, Surxay Əlibəyli böyük Ramiz Rövşənin"Qara paltarlı qadın” şeirini çox sevirmiş. Elə həmin şeiri də oxucuların diqqətinətəqdim edirik. Qoy bu şeir də Surxayın ruhuna bir sığal çəksin:

Kişlər bir olmur, atam balası,

qorxağı var,

igidi var.

Amma hər kişinin öləndən sonra

qəbri üstə ağlayası

Bir qara paltarlı gözəl qadına

ümidi var.

Sən öləndə

kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq?

Yadmı olacaq?

Bu dünyada

bəlkə sənə ən çox ağlayan

Ən çox ağlatdığın qadın olacaq.

Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb

deyəcəksən, İlahi,

İllər boyu ağlatdığım bu qadın

görən necə saxlayıb

bu qədər göz yaşını?!

Bircə kərə

nə saçını oxşamışam,

nə gözünü silmişəm,

Gözlərimə batır indi

saçlarının hər dəni.

İllər boyu

bu qadına mən axı dərd vermişəm,

İndi görən niyə çəkir dərdimi?!

Bu qadın

baş daşımı

öpüb sığallamaqdansa,

Yumruğuyla döysə, döysə yaxşıdı,

Qəbrimin üstündə ağlamaqdansa,

Məni söysə yaxşıdı.

Yeri, yeri, qara paltarlı qadın,

Kiri, kiri, qara paltarlı qadın.

Bu qəbir də min qəbirdən biridi,

baş daşımı bəsdi basdın bağrına

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri, qəbrim damır, ağlama!..


TƏQVİM / ARXİV