adalet.az header logo
  • Bakı 11°C
04 Mart 2019 12:55
4997
GÜNDƏM
A- A+

Gəncəyə 22 milyon ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev "Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında” sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, sərəncamla Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 11 milyon manat, o cümlədən küçələrin əsaslı təmiri üçün 4 milyon manat, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon manat, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb