adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Mart 2019 11:15
17781
KRİMİNAL
A- A+

Bakıda 50 nəfərə qarşı dələduzluq edən qadın həbs edilib

İşə düzəltmək adı ilə 50 nəfərdən 20 manat alan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov cari ilin fevral ayının 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alınmasını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Nəticədə dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb və o törətdiyi əməli etiraf edib.

​Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılıb. S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul alması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.