adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Mart 2019 10:50
12161
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: BİLMİRƏM

Deyirlər birinciyəm
Bənsdən qaça bilmirəm...
Bir səsin girinciyəm -
Səsdən qaça bilmirəm...

Mənim ağır daşımı -
Oxşa , qatım başımı...
Sayıram göz yaşımı -
Nəsdən qaça bilmirəm...

Çaya , həm selə dedim
Kəsəsi . belə dedim -
Özümə elədiyim -
Qəsdən qaça bilmirəm!

Sinəmdə eşqdi yarlıq
Qoymaram duysun darlıq !
O bir ilahi varlıq -
Kəsdən qaqça bilmirəm!

Bu bir kitab . bir elim
Adla isinir dilim!
Oxuduğum , ay gülüm -
Dərsdən , qaça bilmirəm!..