adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Mart 2019 10:14
14978
ELM VƏ TƏHSİL
A- A+

Martın 10-u buraxılış imtahanı keçiriləcək

Şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Adalet.az-a verilən məlumata görə,martın 10-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax, Zərdab rayonlarında ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olanarayışı DİM-in saytındanyükləmək olar.