adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Mart 2019 18:00
15876
DÜNYA
A- A+

NATO: Rusiya ilə heç vaxt döyüşməyəcəyik

Dünya soyuq müharibə yox, dövlətlərin rəqabəti dövründə yaşayır.

Bunu STV televiziyasına müsahibəsində NATO Hərbi Dəniz Qüvvələrinin baş komandanı vitse-admiral Klayv Conston deyib.

"Əgər yenidən soyuq müharibə vəziyyətində olduğumuz qənaətinə gəlsək, bu, çox təhlükəli olardı. Mən düşünürəm ki, biz rəqabət dövründə yaşayırıq. Dövlətlər ərazilər, resurlar və hakimiyyət üçün rəqabət aparırlar. Bu gün baş verənlər hansı dəyərlərdə qalacağımızın müzakirəsidir” – deyə o bildirib.

Onun sözlərinə görə, NATO Qara dəniz regionunda stabilliyin qorunmasında maraqlıdır:

"Biz həmçinin regionda qüvvələr balansının dəstəklənməsində maraqlıyıq. Əminəm biz ruslarla döyüşməyəcəyik. Ümid edirəm, bütün neqativ hadisələr dövrü bizi Rusiya ilə döyüşə məcbur etməyəcək”.(axar.az)