adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Mart 2019 17:52
180678
İDMAN
A- A+

Bakıda bədii gimnastika üzrə Avropa Çempionatının püşkatması keçirilib

Milli Gimnastika Arenasında mayın 16-19-da Bakıda baş tutacaq bədii gimnastika üzrə Avropa Çempionatının püşkatması keçirilib.

Püşkatma mərasimində Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələri, həmçinin Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri və təşkilat komitəsinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə görə, böyük gimnastlar arasında fərdi proqramda Azərbaycan təmsilçiləri sayca 18-ci çıxış edəcəklər. Fərdi proqramda 33 ölkədən idmançılar yarışacaq.

Gənc komandaların qrup hərəkətləri proqramında isə Azərbaycan 16-cı çıxış edəcək. Bu kateqoriyada 22 ölkənin təmsilçiləri mübarizə aparacaq.