warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | AZƏRBAYCAN ƏDƏBİYYATINDA NƏSİMİ OBRAZI Adalet.az | AZƏRBAYCAN ƏDƏBİYYATINDA NƏSİMİ OBRAZI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZƏRBAYCAN ƏDƏBİYYATINDA NƏSİMİ OBRAZI

5696    |   2019-03-02 00:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

(əvvəli ötən şənbə sayımızda)

"Nəsimi" poeması dahi Azərbayjan şairinin həyatı, sənət yolu, fəlsəfi dünyası və faciəli ölümü barədə poeziyamızda ilk böyük əsərdir. Nəsimi böyüklüyünə və onun faciəli ölümünə çoxlu şeirlər həsr edilsə də, amma gəlin etiraf edək ki,Nəsimi obrazını ən dolğun şəkildə,özü də lirik-epik planda Qabil yaratmışdır. Bu poemadan az sonra görkəmli yazıçımız İsa Hüseynov "Məhşər" romanını yazdı və hər iki əsəri o dövrdə ədəbi hadisə hesab edənlər yanılmamışlar.
Poemada həm əruz vəznindən, onun müxtəlif bəhrlərindən, həm də heca vəznindən, onun da çeşidli formalarından istifadə olunur. Qabildə çox güclü əruz duyğusu var. O, müasir Azərbayjan poeziyasında əruzun musiqisini, ritmini, ahəngini şeirdə yaşadan şairlərdən biri və bəlkə də birincisidir. Qabil hadisələri Nəsiminin dili ilə şərh edir.
Bütün əsər boyu Nəsimi sanki Qabilin əlindən tutub onu Şamaxıdan, Bakıdan, İrandan, Suriyadan, ərəb şəhərlərindən keçirir, hürufiliyin bir həqiqət kimi, Allahı İnsanda axtarmaq həqiqəti kimi dərk etdirir. Və beləliklə, Qabil də nəsimiləşir. Əsərin final səhnəsinə diqqət yetirək:

"Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gör bu məğrur aşiqi sərpa soyarlar, ağrımaz"
Fəqət qanım axır, saralıram mən,
Şənqəşül Hənəfi qayıdır birdən,
İstehzayla deyir gözlərində kin:
-Əgər Allahsansa, axdıqca qanın,
Söylə, bəs nə üçün saralır rəngin?
-Mən eşqin fəcrində qızıl atəşəm,
Zahid, saralmazmı sönəndə atəş?
Mən eşq üfüqündə doğan Günəşəm,
Saralar qüruba dönəndə Günəş!
Xalq şairi Rəsul Rzanın "Son gecə" poeması da Nəsimi haqqında ən dəyərli əsərlərdən biridir. Əsər 1973-1974-cü illərdə qələmə alınıb. Amma Rəsul Rzanın Nəsimi axtarışları altmışıncı illərin sonlarında başlamışdı. "Cahana sığmayan şairin qərib məzarı" Azərbaycan mədəniyyət xadimlərinin Suriyaya səfərindən sonra yazılmışdı. Bu yazıda Rəsul müəllim Hələb şəhərində Nəsiminin qəbrini axtardığından, qəbri tapı bonu ziyarət etdiyindən söz açır. Rəsul Rzanın "Böyük şair haqqında qeydlər", "Nəsiminin bir beyti haqqında" məqalələri də altmışıncı illərin sonlarında qələmə alınıb və görünür, Nəsimi poeziyasına və şəxsiyyətinə maraq təsadüfi deyilmiş.
Yeri gəlmişkən qeyd edim ki, Nəsiminin yaradıcılığı, Azərbaycan poeziyasında yeri, Nəsimi və hürufizimlə bağlı ədəbiyyatşünaslıq elmimizdə də son əlli ildə az iş görülməyib. M.Quluzadənin "Nəsimi" monoqrafiyası, həmçinin C.Qəhrəmanovun, Əkrəm Cəfərin, V.Feyzullayevanın, A.Rüstəmovanın, Ə.Səfərlinin, Rəhim Əliyevin, Səadət Şıxıyevanın məqalə və monoqrafiyaları nəsimişünaslığa xeyli boşluğu aradan qaldırdı. Bu, əlbəttə, başqa bir söhbətin mövzusudur.
"Son gecə" poeması Nəsiminin zindanda - sabahkı edamdan qabaq düşüncələrini ifadə edir və bu, keçilən məşəqqətli, amma şərəfli ömür yoluna, həyat və insanlıq haqqında son qənaətləridir.
İmadəddin düşünür:

"Nədən,
insanlığın iztirab yolu
belə uzun, belə sonsuzdur.
Əsrlər boyu
güc ədaləti susdurur"

Poemada Nəsimi dönməzliyi, əqidəsi yolunda ölümə belə göz qırpmamağı onun zindan gözətçisi ilə söhbətində öz ifadəsini tapı rvə bu dialoqda-söhbətdə Nəsimilik meyarı belə açıqlanır:

Sükutu pozur qoca.
"Ya şeyx, niyə tövbə etmdən?
Səni bağışlardı məzhəb, din"
"Qoca!
Böyük həqiqətə,
doğru sözümə tövbə deyimmi?
Mən deyirəm Allahın
canlı təcəssümü
sənsən, mənəm
Allahın damlası
İnsan özüdür.
İnsan düşüncəsi,
doğru sözüdür.
Bax, budur allah.."

Ümumiyyətlə, Nəsimi şəxsiyyətinə və nəsimiliyə poeziyanın müraciəti keçən əsrin 60-80-ci illərində daha güclü idi. Görünün bunun əsas səbəbi də böyük şairin 600 illiyi ilə bağlı idi. Nəsimi haqqında ən gözəl şeirlər, poemalar məhz o illərdə yazıldı. Təbii ki, bu yazıda Nəsimi obrazının Azərbaycan şeirində necə əks olunduğunu bircə-bircə, misallarla açıqlamaq mümkün deyil. Ancaq üç şeir haqqında söz açmamaq insafsızlıq olardı. Əliağa Kürçaylının "Nəsimi" şeirində şair rəssama Nəsiminin şəkli necə olmalıdır tövsiyəsini verir.

Qardaşım, bircə ricam var ancaq:
Sən Nəsimini çəkərkən elə çək
Baxışından səpələnsin şimşək.
Günəşin nurunu doldur gözünə,
Kişilik nəqş elə dönməz üzünə.
Kişilik-atəşə yansın dönməz!
Soyunub buzda uzansın-dönməz!
Gözü xəncərlə oyulsun-dönməz!
O salar heyrətə allahları da,
Söyləyər tanrı da, allah da mənəm.

İsa İsmayılzadənin səksəninci illərdə yazdığı "Heykəl Nəsiminin monoloqları" şeirində Nəsiminin edamqabağı son sözlərini eşidirik. O, üzünü gələcək nəsillərə tutub deyir ki:
Məni qınamayın
600 yaşı var axan qanımın.
Əsrlər üstündə, İllər üstündə
Nifrət bayrağı tək uca tutduğum,
Sevgi bayrağı tək uca tutduğüm,
Yellənə-yellənə yol gələn qanım,
Axır bir gün gəlib sizə çatacaq,
Axacaq, axacaq damarınızda
Mən də axacağam damarınızda.
Ancaq Əli Kərimin "Şəhidliyin zirvəsi" şeiri fikrimizcə, Azərbaycan poeziyasında Nəsimi haqqında, onun şəhidliyi barədə yazılan şeirlərdən ən nadiri, ən kamilidir. Hətta deyə bilərəm ki, İsa Hüseynovun "Məhşər"i nəsrdə, Qabilin "Nəsimi"si epik poeziyada, Bəxtiyar Vahabzadənin "Fəryad"ı dramaturgiyada hansı ucalıqda dayanırsa, Əli Kərimin "Şəhidliyin zirvəsi" də şeirdə o ucalıqda yer tutur. "Azərbaycan ədəbiyyatında Nəsimi oğrazı" qeydlərimi də Əli Kərimin həmin şeirindən bir parça ilə bitirirəm:

Altı yüz ildir idrak
çırpınır pələng kimi,
Nərə çəkir, ağlayır,
tapa bilmir ki, bilmir-
o bir sirri-xudanı.
Təpədən dırnağadək
soyalar bir adamı;
Necə ola dinməsin
Böyük əqidəsindən
Bir misralıq enməsin.
Gözündən bir nöqtə yaş
sinəsinə düşməsin.
Qaşları çatılmasın
bir xırda vergül qədər.
Diri-diri soyulsun,
əqidədən keçməsin.
Altı yüz ildir bəşər
ağrılardan inildər.
Altı yüz ildir bəşər
düşünər, çatmaz yenə
Məşəqqətli ölümün
Nəsimi zirvəsinə.



İmza:

YAZARIN ARXİVİ

2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK