adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Mart 2019 12:27
14713
ELM VƏ TƏHSİL
A- A+

Azərbaycanda ali təhsillə bağlı yeni layihənin icrasına başlanır

Azərbaycanda Avropa İttifaqı (Aİ) və Təhsil Nazirliyinin birgə dəstəyi ilə "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” adlı layihəsinin həyat keçirilməsinə başlanır.

Trend-in məlumatına görə, layihənin açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas layihənin əsas məqsədinin Azərbaycanın ali təhsil sistemində tədqiqat və innovasiya yönümlü yeni mexanizmlərin yaradılmalı olduğunu qeyd edib.

Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Aİ-nin maliyyələşdirdiyi "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər olan dövrü əhatə edir. Layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarə edilməsinin gücləndirilməsidir.

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanın milli qanunvericiliyi innovasiya fəaliyyəti üçün geniş imkanlar yaradır: "Elm haqqında" qanunun qəbulu təhsildə elmi nailiyyətlərdən istifadə imkanlarını genişləndirib".

Akademik ölkədə elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq üçün münbit şərait yarandığını, layihənin uğurlu nəticələr verəcəyinə əminliyini qeyd edib.