adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Fevral 2019 14:35
15210
KRİMİNAL
A- A+

Sərhədçilər 17 kq narkotikin ölkəyə gətirilməsinin qarşısını alıb

Sərhəddə 17 kq 285 qram narkotik vasitənin və 3000 ədəd psixotrop preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Adalet.az-a verilən məlumata görə, Sərhəd Qo­şunlarının "Horadiz” sərhəd dəs­təsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığında İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının "dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­rilib, 2 ədəd sarı və ağ rəngdə torbalarda 4 kq 75 qr heroinvə 4 kq 290 qr marixuanaaşkar olunaraq götürül­üb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının "Göytəpə” sərhəd dəs­təsinin xidməti ərazisində Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti sahəsində sərhəd naryadı tərəfindən əraziyə baxış keçiri­lərkən 2 ədəd sahibsiz halda bağlama aşkarlanıb. Bağla­malara baxış zamanı 7 kq 900 qr tiryək, 1 kq 20 qr heroin, 3000 həb "Metadon-40” psixotrop preparatlar və 2 qutu tütün məmu­latları aşkarlanıb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.