adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Fevral 2019 12:36
19427
İQTİSADİYYAT
A- A+

Ötən il sahibkarlara 160 milyon manatdan çox güzəştli kredit verilib

2018-ci ilin yekunlarına əsasən Azərbaycanda təxminən 1000 sahibkarlıq subyektinə 160,2 milyon manat həcmində güzəştli kredit verilib.

Bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O bildirib ki, bu ilin əvvəlindən isə 80-dən çox sahibkar 8 milyon manat həcmində güzəştli kredit alıb:

"Verilən kreditlər əsasən kənd təsərrüfatı və emal sahəsinin inkişafına yönəldiləcək. Nəticədə yeni iş yerləri yaradılacaq”.