adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Fevral 2019 01:02
10225
ƏDƏBİYYAT
A- A+

Oqtay RZA - 85

Qələbən mübarək,
Salmanlı Zəhra!

Şad xəbər dolaşır Azərbaycanı,
Qələbən mübarək, Salmanlı Zəhra!
Kaş bu sətirlərim gəzsin cahanı:
"Uşaqlıq çağından ad-sanlı Zəhra!"

Bakının beşinci sinif şagirdi,
Döyüş meydanına inamla girdin;
Tomris torpağının Güneyindəki
Bütövlük bağının gülünü dərdin!

Dünyanın karate yarışlarında
Şərəflə ucaltdın bayrağımızı;
Vətənin təbriki, alqışları da
Tehranda yandırdı çırağımızı!

Zirvədən-zirvəyə çatmaq üçün sən
Yorulmaq bilmədən, durmadan çalış!
Vətənə qüdrətli övlad bəxş edən
Xeyirxah ataya, anaya alqış!

Öyrənib dəyanət, səbr dərsini,
Sıranın öncülü olmağın əla!
Mehriban xanımın hədiyyəsini
Halal qismətin tək almağın əla!

Düşübsən güc, hünər salnaməsinə,
Taleyi daha xoş zamanlı Zəhra!
Sevinib deyirik, deyərik yenə:
Qələbən mübarək, Salmanlı Zəhra!