adalet.az header logo
  • Bakı 20°C
28 Fevral 2019 10:40
29215
ŞOU-BİZNES
A- A+

Azərbaycandan köçən məşhurlar - Kimisi kuryerlik edir, kimisi...

2017-ci ildə "Green card” udan müğənni Elariz Məmmədoğlu artıq Amerikaya köçüb. Restoranların birində işə başlayan ifaçı Nyu-Yorkdan video paylaşaraq təəssüratlarını bölüşüb: "Burada hər şey yaxşıdır. Azərbaycanlılarla görüşürük, söhbət edirik. Hər şey çox yaxşıdır. Narahatlığa gərək yoxdur”.

Elarizlə eyni ildə köhnə "Dəyirman” qrupunun üzvü, reper Elmir Məhərrəmovda "Greencard” qalibi olub. O da artıq Amerikada yaşayır.

Ötən il isə xalq artisti, "Natiq” ritm qrupunun solistiNatiq Şirinovvə 21 yaşlı model, 2018-ci ildə "Mister Azərbaycan” seçilənŞakir Əhmədzadəsözügedən kartı əldə ediblər. Lakin onlar hələ də ölkəni tərk etməyib.

Bəs , son illər ölkəni tərk edən məşhurlar kimlərdir?

MüğənniSəbinə ƏskərovaABŞ-da yaşamağa başlayıb. O, iki illik təhsil almaq üçün ölkədən getdiyini bildirib.

"Eurovision” təmsilçimizFərid Məmmədovailə qurduqdan sonra Amerikaya köçüb. Onun kuryerlik edərkən çəkilən fotoları sosial şəbəkədə yayılıb.

Müğənniİlhamə Qasımovada Amerikaya köçən məşhurlardandır. Onun hazırda hansı sahə üzrə çalışdığı bəlli deyil.

AparıcıAynur Talıbovaailəsi ilə Amerikaya yerləşib. Orada təhsil aldığını açıqlayan aparıcı sosial şəbəkədə müxtəlif peşələrdə çalışdığını açıqlayıb.

MüğənniAyan Babakişiyeva, Sevinc Ağaşirinova, aparıcı Şəhriyar Əbilov, aktrisa Könül Nağıyeva, Cəmilə Tağızadəİstanbula yerləşib.

Ayan biznes quraraq, müğənnilikdən qismən uzaqlaşıb.

S. Ağaşirinova isə Seva adı ilə müğənniliyini Türkiyədə davam etdirir.

Könül aktrisalıq fəaliyyəti ilə məşğuldur. O bir neçə filmdə və serialda rol alıb. Aktrisa sonuncu dəfə "Diriliş Ərtoğrul”da oynadığı obrazla gündəmə gəlmişdi.

C. Tağızadə Türkiyə vətəndaşı ilə ailə qurub. Hazırda evdar xanımdır.

AparıcıŞəhriyar Əbilovisə aktyorluq dərsləri alaraq, karyerasını Türkiyədə davam etdirməyi planlayır.

Müğənniİradə İbrahimova2009-cu ildə ailə quraraq Türkiyə köçüb. Onun bu evlilikdən iki övladı var. (Musavat.com)