adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Fevral 2019 12:35
15566
DÜNYA
A- A+

Türkiyəli alpinistlər Xocalını Haça­dağın zirvəsində andılar

Türkiyə Cümhuriyyətinin ayrı-ayrı bölgələrində yaşayan, müxtəlif peşə sahiblərindən ibarət 13 nəfər alpinist Xocalı soyqırımını anmaq üçün Naxçıvan Muxtar Respublikasında olublar.

Adalet.az xəbər verir ki, onlar Naxçıvanın məğrurluq simvolu sayılan Haça­dağın zirvəsinə qalxaraq Xocalı soyqırımının qurbanlarını yad ediblər.

Qrupun rəhbəri, "İskəndər İqdır Ağrı Dağı Dağçılıq və Ekstremal idman növləri klubu”nun direktoru Umud Sönməz bu yürüşün Xocalı faciəsinin bütün dünyaya tanıdılması məqsədilə təşkil etdiklərini bildirib. O deyib ki, biz dost yox, qardaş ölkələrik.

"Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Bu faciə bizi həmişə sarsıdıb. Bu məqsədlə biz 1992-ci il 26 fevralda Xocalıda baş verən soyqırımı anmaq üçün Türkiyənin müxtəlif bölgələrində yaşayan və fəaliyyət göstərən 13 peşəkar alpinistlə Haçadağa çıxmağı qərarlaşdırdıq. Bu bizim Haçadağa sayca 3-cü yürüşümüzdü. Haçadağın zirvəsinə çox çətinliklə qalxa bildik".