adalet.az header logo
  • Bakı 16°C
26 Fevral 2019 12:34
14394
KRİMİNAL
A- A+

Evdən 57 yaşlı kişinin meyiti tapıldı

Şirvan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Məmmədov Ramiz Azər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.