adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Fevral 2019 12:03
10461
ƏDƏBİYYAT
A- A+

Sumqayıtda qəzaya düşən 11 nəfər hələ də xəstəxanadadır

Ötən həftə Sumqayıtda baş vermiş avtobus qəzasında xəsarət alan 11 nəfər hələ də xəstəxanadır.

Bu barədə Adalet.az -a Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov məlumat verib. Baş həkim bildirib ki, xəstələrdən 3-ü əməliyyat olunub.

"Xəstəxanada qalanlar əsasən bədənin müxtəlif nahiyyələrində sınıq olanlardır. 3 nəfər əməliyyat olunub. Bir neçəsi yaxın günlərdə əməliyyat olunacaq”.

Qeyd edək ki, fevralın 21-də Sumqayıt şəhərində 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu əvvəlcə "Prado"ya, daha sonra idarəetməni itirərək binaya çırpılıb. Hadisə nəticəsində 42 sərnişin yaralanıb.