adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Fevral 2019 18:20
14220
İDMAN
A- A+

AFFA bölgədə futbol akademiyası açır

AFFA Tovuzda futbol akademiyası yaratmağa hazırlaşır.

Adalet.az-ın məlumatına görə, bu barədə qurumun baş katibi Elxan Məmmədov "CBC Sport” telekanalına müsahibəsində deyib. O, artıq bununla bağlı əməli fəaliyyətə başladıqlarını söyləyib: "Tovuzda uşaq futbolunun inkişafı ilə bağlı əlverişli şərait var. Buna görə də seçimimizi etdik. Artıq akademiyanın inşası üçün müvafiq əraziyə də baxmışıq”.

Qeyd edək ki, Tovuzun "Turan” klubu hazırda I divizionda mübarizə aparır.