adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Fevral 2019 18:51
20661
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan Hindistanda keçirilən kino sərgisində

Hindistanın Beynəlxalq Film Turizm Şurası tərəfindən Mumbay şəhərində Hindistan filmlərinin çəkilişi üçün ərazilərin təqdimatı sərgisi keçirilib.

Ölkəmizin Hindistandakı səfirliyindən bildiriblər ki, yerli və xarici kino və turizm şirkətlərinin, o cümlədən Bollivud və Tollivudun tanınmış kino ulduzlarının, dünya şöhrətli film direktorları və rejissorlarının iştirak etdikləri sərgidə hind filmlərinin çəkilişi üçün məkanların seçilməsi məqsədinə xidmət edir.

Ölkəmizi sərgidə "Nərimanfilm” kinostudiyası və Hindistandakı səfirliyimiz təmsil edib. Sərgidə ilk dəfə Azərbaycan pavilyonu qurulub. Azərbaycanın iştirakı Hindistan kino şirkətləri tərəfindən böyük maraqla qarşılanıb. Ölkəmizin gözəl mənzərələrinin fotoları ilə tanış olan Hindistanın kino sənayesinin nümayəndələri Azərbaycanda film çəkilməsi üçün bütün şəraitin olması barədə məlumatlandırılıb. Onlar Azərbaycanda film çəkməkdə maraqlı olduqlarını bildiriblər.

Qeyd edək ki, bu cür sərgilərdə iştirak hind filmlərinin Azərbaycanda çəkilişinə töhfə verəcək, ölkəmizin təkcə Hindistanda deyil, bütün dünyada yaşayan çoxmilyonlu hind kinohəvəskarlarına tanıdılması və Azərbaycana turist axınının əhəmiyyətli dərəcədə çoxalmasına xidmət edəcək. /azertag.az/