adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Fevral 2019 18:04
44165
HÜQUQ
A- A+

Xaçmaz sakinini öldürüb meşədə basdıran dəstəyə hökm oxundu - 38 il

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elbrus Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il iyunun 1-də Xaçmazın Əbilyatağı kəndi ərazisində, rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək, Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.

Hadisədən 10 gün sonra Ş.İmanov Xaçmaz Rayon Polis Şöbəsinə könüllü gələrərək, E.Abdullayevlə hadisəni törətdiyini etiraf edib.

Xaçmaz Rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.