adalet.az header logo
  • Bakı 18°C
25 Fevral 2019 17:24
434612
AVTOMABİL
A- A+

Bakıda işıqforun iş rejimində dəyişiklik edilib

Paytaxtın H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində işıqforun iş rejimində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Adalet.az-a verilən məlumata görə, artıq kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər.

Dəyişiklikvətəndaşların Bakı Nəqliyyat Agentliyinə ünvanladığı çoxsaylı müraciətləri nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədidaşıyır.