adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: YAŞI DƏRD YAŞI OLAN SİMFONİYA

ƏBÜLFƏT MƏDƏTOĞLU
43007 | 2019-02-26 12:14

Tarixin elə günüvar ki, onu görməmək, duymamaq, onu bütünlüklə canından, qanından keçirməməkmümkün deyil. Belə günlər daha çox faciə və qələbəylə bağlı olur. Birində dərdinbasqısı daha çox gəlir, birində sevincin həmləsi... Bax, bu mənada Sovetimperiyasından boyumuza biçilən iki gün var. O günlər qanla, göz yaşıyla, iztirablarla yazılıb vədərd sinfoniyasına çevrilib. Təqvimdə həmin günlər qapını döyməyə başlayanda, osinfoniya bizi bütünlüklə bürüyür, biz onun aurasından çıxa bilmirik. Ona görəki, biz ona bələnmişik, o da bizə hopub. Bir insan olaraq, bir Allah bəndəsiolaraq cismimizi nə qədər kənara çəkmək istəsək də, ruhumuz o dərdsinfoniyasının notu üzərindədi... Və elə köklənib ki, ritmlər ruha rahatlıqvermir... Biz dərd sinfoniyasını dinləyirik, yaşayırıq...

Tariximizinqanla boyumuza biçilən həmin iki günün birinin adı 20 Yanvar, digərinin adıXocalıdı!.. Daha dəqiq ifadə etsəm, Xocalı qətliamıdı. 27 yaşı olan bu qətliamındetallarını xardalamaq, yandırılan evləri, süngüyə keçirilən bədənlərin, göylərəyüksələn fəryadların və bir də 27 ildi içimizə daman göz yaşlarının mənasını,ifadəsini yazmaq, təkrarlamaq istəmirəm. Ona görə yox ki, ağlamaqdan,sızıldamaqdan, qanlı dərd köynəyini sıxıb quruda bilməməkdən yorulmuşam. Xeyr!Ona görə ki, o dərd millidi... o qətliam Azərbaycan donludu, Azərbaycanbiçimlidi. Və onun Azərbaycanın qanından, canından, varlığından elə Azərbaycanözü çıxaracaq və çıxarmalıdı da. Çünki həmin dərdimizin kifayət qədər sözləifadəsi var. Həmin ifadələrin hər birinin sonunda da Azərbaycanın haqqı, ədalətivə qələbəsi birmənalı şəkildə ifadə edilibdi...

Mən isə oxuduğumhəmin o sözdən yoğrulmuş, sözə hopmuş Xocalı qətliamının ən möhtəşəm ifadəsiniNurəngiz Günün "Xocalı Sinfoniyası"nda tapmışam. Ona görə də özümünşahidi və iştirakçısı olduğum yurd nisgilimin, qaralan ocağımın, sovrulankülümün ağısının və şəhid doğmalarımın narahat ruhlarının nələr yaşadığını, nələrdediyini bir kənara qoyub o dərdi öz köynəyindən keçirən, öz qələmiylə öz ürəyinəyazan bir xanım yazarın sözünə sığınıram. Bu azərbaycanlı xanımın Azərbaycan dərdini,Xocalı qətliamının fonunda sinfoniyaya çevirmək qüdrətinə çevirmək qüdrətinheyrət və sevgimi gizlətmədən qoşulubsinfoniyanın sədalarınaqayıdıram... Qayıdıram Bakıdan üzü Qarabağa... Qulaqlarımda səslənir:

Xocalım!..

Məğlubum!

Necəsən?

Yoxsa dağ çəkdisinənə,

tarixi dilənçi -

Bəd qonşu? -dramatik

"Yazıq erməni"ilə

Məşhur qırmızıqospodin?" -

O, Qospodi! nənazik

Əndişədəolmuşdur

Köhnəsovet humanisti? -

Motoatıcıdaşıyan

Kütləviqırğın maşını? -

"Möhtəşəm"bir alay!!!

Bumisralar təkcə qəzəb deyil... təkcə içdəki yanğını ifadə etmək deyil. Bumisralar həm də gerçəyi birbaşa, ütüsüz, çəkinmədən, necə var elə - çılğaça şəkildədeməkdi, bəyan etməkdi. Bu, BMT qətnaməsi deyil!.. Bu, ATƏT bəyanatı deyil!..Bu, həqiqəti öz adıyla hər kəsə söyləmək, pıçıldamaq hayqırmaqdı. Bu həm də Tanrının bildiyini Tanrınınözünə xatırlatmaqdı. Yəni Nurəngiz Gün bir yazar olaraq Tanrıya səslənir:

İlahi!

Kömək ol! O təkdi!..

Anadır...

Tək qalıb...

Torpağın üstündə...

Biçarədir...

O, o cür köməksiz,o cür

mühti ki!..

O, ruhdur!..

Güc gəlibtorpağa...

Lağımlar,yarğanlar incidib...

Onecə də sinirli, sehrli

Gəlmişki, laylasını üst

qatdaoxusun...

Məncəövladının qətlini, süngüyə keçirildiyini görən ananın hansı durumda olduğunu təsviretmək, göz önündə canlandırmaq üçün bu misraları bir kətan üzərinə işarələrkimi köçürmək kifayət edər. Onda həmin tablo yaranacaq, onda həmin rəsmi gərəcəyikvə övladına yerin altında layla çalan ananın səsi yerin özünü o səs çatanhündürlüyə qaldıracaqdır!..

Buməqamda da sakitləşməyən ananın yarasını ovutmaq, göz yaşına qoşulmaq, fəryadınaiçindəki sızıltıları qatmaq bir daxili ehtiyaca, bir vətəndaş borcuna və nəhayət,ən əsası isə bir İNSANlıq missiyasına çevrilir. Sən laqeyd qala bilmirsən və sənilaqeyd qalmağa qoymayan amillərin içərisində sən Nurəngiz Günün də səsinieşidirsən. Nurəngiz xanım deyir:

İlahi,təskin et!..

Sənonlara səma

nəğmələrigöndər,

təsəllisən...

Yox,rüzgar! O cürə əsmə sən!

Torpaqda...

Torpağınaltında dip-diri

Ölülərvar

Diksinəbilər Onlar...

Alt-üstetmə torpağı

Eyrüzgar

Onlaronsuz da yazıq!

Tələfolubdu Onlar!

Yerinüstündə canlı saydığımız, insan bildiyimiz, anketlərdə insan kimi göstərdiyimizerməni qonşumuz qırmızı qospodinlərin 366-cı motoatıcı alayın əliylə, köməyilə,yardımıya, hətta yönəltməsiylə törətdikləri qətliamın fərqinə varmadan həyasızcasınaöz "yazıqlığını" dünyaya sırımaqda, "yedirtməkdə" davamedir. İkili standartların ətəyini buraxmayanlar bu "köməksizyazıqların" dünyaya fahişəliyi gətirənlərin "göz yaşına" dəsmaltutur. Amma həqiqətin ağzını tıxamaqla susdurmağı da unutmur. Lakin bu məqamdagerçəyin gücü qarşısında titrəyir və yavaş-yavaş geri çəkilməli olur. 27 ildirki, biz Xocalı qətliamı önündə addım-addım da olsa geri çəkilmələri müşahidəedirik. Burda dövlət siyasətinin, milli mücadilənin fonunda bir Nurəngiz Gün fəryadıda öz içini görməkdədi. Axı o, üzünü hər kəsə, hətta cansız olanlara da tutubdeyir; özü də qətiyyətlə, bir sinfoniyanın qətiyyəti kimi ən yüksək notda diləgətirir bunu. Deyir ki:

Vəson nəqarət,

Epiloqkimi O,

Eləhey hayqırsın:

Cavabdehsiz!

Cavabdehsiz,Cavabdehsiz,

Cavabdehsizbelində hərb əzdirən

CahanşümülŞümürlər!

Düşünürəmki, kimin cavabdeh olduğunu, kimin Tanrı və ədalət məhkəməsi önündə diz çökəcəyibu hayqırtıdan bəllidir. Və o da bəllidirki, Xocalı sinfoniyası kədərin məğlubiyyətidir... Göz yaşının bitib tükənəcəyinəyüklənmiş duyğuların misralanmış formasıdır.

Vənəhayət, Xocalı qətliamı günü "Xocalı sinfoniyası" şəhidlərimizə NurəngizGünün ağısı, laylası və bir də bu kədərinməğlub olacağına ucaltdığı abidədir.

[email protected]

TƏQVİM / ARXİV