adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Fevral 2019 16:51
123338
AVTOMABİL
A- A+

Formula 1 biletlərinin qiyməti açıqlandı

İndiyədək xaricdən 51 ölkədən bilet alınıb. Hazırda xaricdən ən çox bilet alanlar Rusiya və Monakodandır. Daha sonra müvafiq olaraq Böyük Britaniya, Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Ukrayna və digərləri ölkələrdəndir.

Adalet.az xəbər verir ki, bu barədə "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai Modern.az-a müsahibəsində deyib.

N.Arpadarai bilet satışına 2018-ci ilin noyabr ayından start verildiyini bildirib:

"Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.

Yerli sakinlərə biletlərin qiymət intervalı 70-850 AZN civarındadır. Yarış həvəskarları 2019 Formula 1 Azərbaycan Qran Prisinin biletlərini paytaxtın müxtəlif yerlərində olan bilet satış nöqtələrindən və ya www.bakucitycircuit.com saytından əldə edə bilərlər”.