adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Fevral 2019 16:27
11701
ƏDƏBİYYAT
A- A+

Fuad Cəfərli “Latın sükutunu” təqdim etdi

Adalet.az xəbər verir ki, AYB-nin üzvü, DGTYB-nin üzvü,Prezident təqaüdçüsü,gənc və istedadlı şair Fuad Cəfərlinin AYB Kitab layihəsi çərçivəsində "Latın sükutu” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Kitabın ön söz müəllifi: Şair Səlim Babullaoğlu,

Korrektorlar:Tural Turan,Ulucay Akifdir…

76 səhifəlik kitabda son illərdə qələmə aldığı şeirləri toplanan şairin oxucularla bu ikinci görüşüdür.

Dünən AMEA-nın "Akademkitab” kitab evində şairin yeni kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Tədbirin aparıcısı Kənan Hacı Fuad Cəfərlinin yaradıcılığı barədə məlumat verərək tədbirə qatılan dəyərli söz,sənət adamlarına,gənc şairlərə, şairin dostlarına,ailə üzvlərinə söz vermişdir.

Tədbirdə iştirak edən tanınmış və sevilən şairlər,yazıçılar,gənc şairlər kitab haqqında fikirlərini bildirib,şeirlər səsləndirmiş,gənc şairə yaradıcılıq uğurları arzulayıblar.

Fuad Cəfərliyə ədəbiyyat dünyasında gələcək nəsillərin yaddaşına yola açacaq qədər oxunaqlı və sevilən olmasını,yaradıcılıq yollarında uğur arzulayırıq!