adalet.az header logo
  • Bakı 21°C
24 Fevral 2019 15:45
13021
DÜNYA
A- A+

Rusiyanın yeni silahı ABŞ-ın bu hədəflərini vuracaq

Rusiyaya qarşı təhdid olacağı təqdirdə Moskvanın "Çirkon” raketləri ilə ABŞ-da vura biləcəyi mümkün hədəflər açıqlanıb.

Adalet.az xəbər verir ki, bu barədə "Rossiya-1” telekanalı informasiya yayıb. Vaşinqtondakı Pentaqon binası, Kepmp-Devid hökumət idarə məntəqəsi, ABŞ prezidentinin idarəetmə məntəqəsi və qərargah rəisləri komitəsi komandanlığının mərkəzi vurula biləcək hədəflər arasındadır.

Qərb sahillərindəki hədəflər isə bunlardır: Mak-Klellan (strateji hücum qüvvələrinin idarəsi), Cim-Krik (nüvə qüvvələrinin idarəetmə məntəqəsi).