adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Fevral 2019 10:17
8485
MƏMLƏKƏT
A- A+

Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq!

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Gənclər Fondunun Maliyyə Dəstəyi ilə Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimiz Gizir Pəncəli Teymurov, əsgərlərimiz Rəvan Murayev və Ülvin Məmmədov barədə sənədli film lentə alınmışdır. Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! adlı layihə çərçivəsində qəhrəmanlarımız oxuduqları məktəblərdə onlar haqqında işıq üzü görmüş sənədli filmin təqdimatını keçirməklə gənclər arasında maarifçilik işinin aparılması nəzərdə tutlmuşdur.

3 ay davam edən layihə çərçivəsində lentə alınmış sənədli film disklərdə çoxaldılmış, aprel döyüşlərində qəhrəmanlıq göstərmiş şəhidlərimiz barədə məlumatı özündə əks etdirən maarifləndirici bukletlər hazırlanmışdır. Layihənin yekunu olaraq 06 fevral 2019-cu ildə Astara rayonu B.Rüstəmov Asxanakəran tam orta məktəbində, 08 Fevral 2019-cu il tarixdə Zakatala rayonu Muxax kənd 1 saylı orta məktəbində və 18 fevral 2019-cu ildə Masazır qəsəbəsi Çıraqlı kənd orta məktəbində Laçın rayonundan qəhrəmancasına şəhid olmuş Ülvin Məmmədov haqıında sənədli filmin geniş təqdimatı keçirilmişdir. Hər üç tədbirdə Rayon İcra Hakimiyyətinin, kənd icra nümayəndiliyinin, bələdiyyənin nümayəndələri ilə yanaşı məktəbin müəllim və şagird heyəti və ən əsas Qəhrəman Şəhidlərimizin ailə üzvləri iştirak etmişdir. Məktəblərdə yüksək şəkildə təşkil olunmuş təqdimatda şagirdlər Şəhidlərimiz haqıında və vətənpərvərlik mövzusunda şerlər səsləndirdilər. Astara rayonunda tədbrin sonunda Pəncəli Teymurovun qəbri və ev muzeyinə ziyarət təşkil edildi.

Layihə çərçivəsində 300 nəfər iştirakşı nəzərdə tutlmasına baxmayaq layihəyə maraq çox böyük oldu və 500 nəfər iştirkçı tədbirlərə qatıldı. Bu tədbrlərin təşkilndə əsas məqsəd bu gün gənclərin yaxın tariximiz olan aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızı unutmamasıdır. Layihənin sonunda iştirakşılara maarifləndirici bukletlər və sənədli filmin diskləri paylandı.

Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Maarifçi Gənclər Təşkilatışəhidlərimizn ruhu qarşısında az da olsa bir iş görmüş oldu və layihəni uğurla başa vurdu.

Vətən uğrunda ölən varsa vətəndir! İnşallah Qarabağ tezliklə alınacaq və bu qəhrəmanlarımız adı Qarabağda küçələrə, məktəblərə verilərək daim yad ediləcək!