adalet.az header logo
  • Bakı 20°C
23 Fevral 2019 16:47
17822
İDMAN
A- A+

Türkiyədə Azərbaycanı təmsil edən idmançılar qalib oldular

Türkiyənin Kəmər şəhərində xüsusi qayğıya ehtiyacı olan insanlar arasında keçirilən stolüstü tennis üzrə turnirə start verilib.

Autizmlilərin İdman Klubunun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, turnirdə Azərbaycanı Autizmlilərin İdman Klubu (AİK) təmsil edir. Stolüstü tennis üzrə turnirdə 12 və yuxarı yaş qrupundan olan idmançılar qatılıblar.

Turnirin ikinci günündə idmançılarımız 4 medal - 1 qızıl 2 gümüş 1 bürünc medal qazanıblar. Belə ki, yarışda iştirak edən Nicat Həmidov 1-ci, Rza Bayramov və Xaqan Əliyev 2-ci yer, Kamal Bayramov isə 3-cü yerin sahibi olub.

Qeyd edək ki, Türkiyədə stolüstü tennis üzrə turnirə fevral ayının 22-dən start verilib. Fevralın 24-də isə turnir yekunlaşır.