adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Fevral 2019 13:46
11476
SİYASƏT
A- A+

Prezident estoniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayda təbrik məktubu ünvanlayıb.

Adalet.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim sülh və rifah diləyirəm".