adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Fevral 2019 11:44
5247
HADİSƏ
A- A+

Şəmkirdə itkin düşmüş şəxsin meyiti dağda tapıldı

Ötən gün Şəmkirdə itkin düşmüş şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, fevralın 22-də gecə saatlarında FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb.